23 Aprel 2025, Çərşənbə

BAŞÇININ MÜAVİNLƏRİ

 

Səbinə Musa qızı  Abbasova 

 

Babək Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri.

 

Doğum tarixi

 

30 iyun 1973-cü ildə Babək rayon Vayxır kəndində anadan olub.

 

Təhsil

 

2000-ci ildə Naxçıvan Dövlət Unversitetinin  tarix ixtisasını bitirib.

 

Karyera

 

1990-cı ildə Naxçıvan şəhər N.Tusi adına 9 nömrəli orta məktəbə Uşaq Birliyi Təşkilatının rəhbəri vəzifəsinə təyin olunaraq başlayıb.

 

1993-1998-ci illərdə Naxçıvan şəhər N.Tusi adına 9 nömrəli orta məktəbdə psixoloq vəzifəsində çalışıb.

 

1998-1999-cu illərdə Babək Rayon Vayxır kənd orta məktəbində müəllim vəzifəsində çalışıb

 

1999-2002-ci illərdə Babək Rayon Vayxır kənd əsas məktəbində müəllim vəzifəsində çalışıb.

 

2002-2005-ci illərdə Babək Rayon Vayxır kənd əsas məktəbində Təlim-tərbiyə üzrə direktor müavini vəzifəsində çalışıb

 

2005-2017-ci illərdə Babək Rayon Vayxır kənd əsas məktəbində müəllim vəzifəsində çalışıb.

 

2017-2019-cu illərdə Babək Rayon Şəkərabad kənd orta məktəbində direktor vəzifəsində çalışıb.

 

2019-cu ildə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

 

Xarici dillər

§  İngilis

§  Rus

 

Həyatı

Ailəlidir, 2 övladı var