Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Araz kənd sakinləri ilə görüşüb.

Sentyabrın 11-də Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov rayonun Araz kənd sakinləri ilə görüşüb. Səyyar qəbulda idarə, müəssisə rəhbərləri, Araz kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi, bələdiyyə sədri və  kənd sakinləri iştirak ediblər.

Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək kəndin məhəllələrinə asfalt salındığını, içməli su və kanalizasiya xətləri ilə tam təmin olunduğunu bildirmişdir. Əlavə olaraq icra başçısı çıxışında onu da qeyd etdi ki, kəndin suvarma suyuna olan tələbatın təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramına uyğun olaraq     Araz-1, Araz-2 nasos stansiyaları yenidən bərpa olunduqdan sonra kənd təsərrüfatı suyu ilə tam təmin olunacaqdır.

 Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Qəbul zamanı icra hakimiyyətinin başçısı qaldırılmış məsələlərlə bağlı  tapşırıq verib və tövsiyələrini bildirib.

 Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.