Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə konsert proqramı təşkil edilmişdir.

10 may 2023-cü il tarixdə Babək Rayon İcra Hakimiyyəti tərəfindən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Babək rayonunun mərkəzi meydanında rayon Mədəniyyət İdarəsinin yaradıcı kollektivlərinin konsert proqramı təşkil olunmuşdur.

 

 

 

 

 

Təşkil olunmuş konsertdə Mədəniyyət İdarəsinin “Qələbə” ansamblının solistlərinin, rəqs qruplarının və uşaq musuqi məktəbləri kollektivlərinin ifaları tədbirdə iştirak edən hər kəsə xoş ovqat bəxş etmişdir.