Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq Babək rayonunda tədbir keçirilmişdir.

 

     Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın Ümummilli lideri Heydər Əliyevin 100 illiyi münasibətilə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilmişdir.

 

 

     Keçirilən tədbirdə Xalqımızın Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.

 

Tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova, Tarix elimləri fəlsəfə doktoru Qadir Əkbərov, Babək şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Əli Hacıyev çıxış etmişlər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycan müstəqilliyinin əbədəyaşarlığına, milli mənafelərin hər şeydən üstün tululması sahəsində gördüyü işlərdən danışılmış və bu barədə dediyi dəyərli fikir tədbir iştirakçılarına çatdırılmışdır. “Biz müstəqil Azərbaycan dövləti yaradırıq, onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç yana əyə bilməsin, heç bir dövlət gəlib bizim , Azərbaycan xalqının milli azaldığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafei hər şeydən üstün olmalıdır ”.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı film nümayiş olunmuşdur.