Şəhid Hümbətov İmaməddin Muxtər oğlunun doğum günü ilə əlaqədar.

    05 sentyabr 2024-cü il tarixində, aprel döyüşlərində və 44 günlük Vətən Müharibəsində iştirak edərək bir neçə kəndin işgaldan azad edilməsində xüsusi qəhramanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Payız kəndindən olan Azərbaycan ordusunun MAXE-əsgəri, ölümündən sonra ölkə Prezidenti, Silahli Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olan Hümbətov İmaməddin Muxtər oğlunun doğum günü ilə əlaqədar olaraq əvvəlcə şəhidin ailəsi ziyarət olunmuş, sonra isə şəhidimiz məzarı başında anılmaqla ruhuna dualar oxunmuşdur.