7 İyun 2025, Şənbə

20 ildə Azərbaycan gəncliyi və səhiyyəsi.

Babək Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə “Müzəffər Ali Baş Komandan İlham Əliyev və 20 ildə Azərbaycan gəncliyi və səhiyyəsi” mövzüsunda tədbir keçirilib.

Tədbirdə Xalqımızın Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

 

 

Tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova Prezident İlham Əliyevin Azərbaycan dövlətinin başçısı seçilməsindən 20 il ötdüyünü qeyd edərək, bu illər ərzində uğurlu daxili və xarici siyasətindən bəhs  edib. Prezident seçildiyi gündən hər bir sahəyə xüsusi diqqət göstərən Cənab İlham Əliyevin Azərbaycan səhiyyəsinə də xüsusi diqqət göstərdiyini, bu sahədə qəbul edilən Dövlət Proqramlarının gələcək nəslin sağlam inkişafına bir töhvə olduğun vurğulayıb.

        Sonra Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan gənclərinə göstərilən diqqət və qayğısından da söhbət açaraq, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında həyata keçirilən gənclər siyasətinin Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə daha da inkişaf etdiyini qeyd edib.

 

        Tədbirdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin baş həkimi Asiman Yusifov, Nehrəm qəsəbə Sahə Xəstəxanasının baş həkimi Hüseyn Niftəliyevin, Babək Rayon Mərkəzi Xəstxana publik hüquqi şəxsin baş həkiminin müavini Vəliqulu Həsənovun “20 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Səhiyyəsinin inkişafı” mövzusunda, Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyev “İlham Əliyev və 20 ildə Azərbaycan gəncliyi” mövzusunda məruzələri dinlənildi.

 

Tədbirin sonunda film nümayiş olundu.