Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda tədbir keçirilmişdir.
Keçirilən tədbirdə Xalqımızın Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynovun “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda məruzəsi dinlənilmişdir.
Tədbirdə iştirak edən Yeni Azzərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov və Naxçıvan Müəllimlər İnsitutunun Prorektoru, sənətşünaslıq üzrə fəlsəfə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Həbibə Allahverdiyeva “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda çıxışlar etmişlər.
Tədbirin sonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyyəti ilə bağlı film nümayiş olunmuşdur.