27 sentyabr – Anım Günü münasibətilə Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ehsan süfrəsi verilib

27 sentyabr – Anım Günü münasibətilə Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə tədbir keçirilib və ehsan süfrəsi təşkil olunub.

Tədbir şəhidlərin müqəddəs xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra iştirakçılar şəhidlərin Vətən uğrunda göstərdikləri igidlik və qəhrəmanlığın xalqımız üçün hər zaman qürur mənbəyi olduğunu vurğulayıblar.

Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov, icra başçısının müavinləri, RİH-in məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak ediblər.

Sonda şəhidlərin ruhuna dualar oxunub və onların əziz xatirəsinə həsr olunmuş ehsan süfrəsi iştirakçılara təqdim olunub.