8 Noyabr Zəfər Günü və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsi üçün Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Babək şəhəri Heydər Əliyev prospektində ağac əkmə aksiyası keçirilmişdir.

Aksiyada Babək rayonundan olan 64 şəhidin hər birinin adına bir ədəd çinar ağacı əkilmiş və əkilən çinar ağaclarının üzərinə şəhidlərin bioqrafiyasını əks etdirən QR kodlar yerləşdirilmişdir. Aksiyada rayon İcra Hakimiyyətinin başçısı, İcra başçısının müavinləri, idarə müəsissə və təşkilatların əməkdaşları iştirak etmişdir.