
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov tərəfindən rayon mərkəzi ilə yanaşı rayonun qəsəbə və kəndlərində keçirdiyi səyyar qəbullar davam etdirilir.
Göynük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında keçirilən vətəndaş qəbulunda Babək Rayon İcra Hakimiyyətinin başçısı, başçının birinci müavini, icra hakimiyyəti aparatının məsul işçiləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri, rayonun idarə, müəssisələrin rəhbərləri və sakinlər iştirak edib.
Görüş zamanı çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, muxtar respublikamızda sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açaraq rayon ərazisində görülən işlərdən, qarşıda duran vəzifələrdən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə ətraflı məlumat verib.
Görüşdə sakinlərin əsas təklifləri yollarının təmir edilməsi, subartezian quyusu qazılması, kənd məktəbinin qış aylarında su təminatının yaxşılaşdırılması və digər sosial problemlərlə bağlı müraciət etmişlər.
Sakinlər tərəfindən bildirilən təkliflər və müraciətlərdən bir çoxu yerindəcə öz həllini tapmış, qalan digər müraciətlərə baxılması üçün aidiyyəti üzrə qurum və təşkilat rəhbərlərinə İcra Başçısı tərəfindən müvafiq tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.
Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
![]() |
![]() |
![]() |
![]() |
![]() |