Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Möhbalıyev Babək rayonunda sakinlərlə görüşüb.

   Əvvəlcə rayon icra başçısı Ovni Muradov deputat Səttar Möhbalıyevlə birgə rayon mərkəzindəki Heydər Əliyev prospektində Ulu Öndərimizin əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edib. Sonra Babək rayon Şəhidlər Memorial Abidə Kompleksinə gələrək  şəhidlərinin xatirəsinə, qəhrəman Vətən övladlarının əziz ruhlarına dualar oxunulub.

   İcra hakimiyyəti binasında  görüş zamanı deputat Səttar Möhbalıyev vətəndaşların problemini diqqətlə dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub. Səsləndirilən müraciətlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.

   Qəbulda şəhid ailələri və qazilərin müraciətlərinə xüsusi diqqətlə yanaşılıb, həlli üçün müvafiq tapşırıqlar verilib.

   Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.