Ölkə rəhbəri Cənab İlham Əliyevin icra hakimiyyəti başçıları ilə görüşləri zamanı onlara bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri barədə verdiyi tapşırıq və tövsiyələrə əsasən problemlərin yerlərdə birbaşa həlli məqsədilə keçirilən səyyar görüşdə Babək rayon idarə, müəssisə və təşkilatların rəhbərləri, icra aparatının məsul əməkdaşları və kənd sakinləri iştirak edib.
Görüşdə rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında ölkəmizdə, eləcə də muxtar respublikada əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün həyata keçirilən genişmiqyaslı layihələrdən danışıb.
Səyyar görüşdə vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilmiş, onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunmuş və müvafiq qurumlara tapşırıqlar verilmişdir.
Görüşdə iştirak edən sakinlər Çeşməbasar kəndində vətəndaşlar üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.