Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Nəcəfəlidizə kənd sakinləri ilə görüşüb.

   Dekabrın 23-də Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov rayonun Nəcəfəlidizə kənd sakinləri ilə görüşüb.

   Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb.

   Qəbul zamanı icra hakimiyyətinin başçısı qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

   Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.