Babək rayonunda sakinləri narahat edən məsələlərin yerində araşdırılaraq öyrənilməsi və onların müxtəlif sahələrdə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması məqsədilə davamlı olaraq rayon mərkəzi ilə yanaşı kəndlərdə də səyyar qəbullar həyata keçirilir. Növbəti səyyar qəbul may ayının 23-də Sirab kənd mərkəzində təşkil olunub. Qəbulda İcra Hakimiyyətinin rəsmiləri, kəndin icra nümayəndəsi, rayon idarə və müəssisələrin rəhbərləri iştirak edib.
İcra Hakimiyyətinin başçısı sakinləri salamlayaraq ölkəmizdə, eləcə də Babək rayonunda dövlətimiz tərəfindən həyata keçirilən islahatlar, aparılacaq geniş layihələr, “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” haqqında ətraflı məlumat verib.
Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilmiş, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunmuş və müvafiq qurumlara tapşırıqlar verilmişdir.
Görüş kənd sakinləri tərəfindən razılıqla qarşılanıb və onlar əhalinin rifahının yaxşılaşdırılması sahəsində həyata keçirilən işlərə görə dövlətimizə minnətdarlıqlarını ifadə ediblər.