
Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiyada Babək Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun idarə və müəssisələrinin nümayəndələri, İcra Hakimiyyətinin məsul əməkdaşları və könüllülər iştirak ediblər. Aksiya çərçivəsində Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə ağaclar əkilib. Bildirilib ki, şəhidlərimizin xatirəsinin yaşadılması və onların keçdiyi qəhrəmanlıq yolunun gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır. Əkilən hər bir ağac şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, ətraf mühitin qorunmasına və yaşıllıqların artırılmasına töhfə məqsədi daşıyır. Aksiya iştirakçıları şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, Vətən uğrunda canından keçən bütün qəhrəmanlarımıza Allahdan rəhmət diləyiblər.
![]() |
![]() |
![]() |
![]() |