Babək rayonunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində şəhid ailələləri ziyarət edilib.

     Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə yüksək diqqət və qayğı göstərən Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov həmin qayğını bu gün də davam etdirir.

     Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı Ovni Muradov, icra hakimiyyəti başçısının birinci müavini Emin Məmmədxanlı Babək rayonundan olan şəhidlərin ailə üzvlərini yaşadıqları ünvanda ziyarət etmiş, onların övladlarına sovqatlar və hədiyyələr təqdim olunmuşdur.

     Ziyarət zamanı rayon icra hakimiyyətinin başçısı Ovni Muradov Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə şəhidlərə dövlət səviyyəsində verilən yüksək dəyərdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmış, bu qayğının hər yerdə olduğu kimi, Babək rayonunda da mütəmadi davam etdirildiyini vurğulamışdır.

     Şəhid ailələri hər zaman onlara göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə, bayramlarda yad olunmasına görə razılıq ediblər. Vətən oğullarının adlarının yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətin, ölkə başçısının və rayon rəhbərliyinin şəhidlərimizə, onların ailələrinə göstərilən qayğının əyani sübutu kimi qeyd ediblər.