Babək rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə şəhid anaları, şəhidlərin həyat yoldaşları və şəhid valideynləri iştirak ediblər.
Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov şəhid analarını və şəhidlərin həyat yoldaşlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, onların nümayiş etdirdikləri yüksək mənəvi mövqeni və vətənpərvərlik nümunəsini xüsusi vurğulayıb. Bildirilib ki, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Qeyd olunub ki, Vətən uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi hər zaman uca tutulur və onların ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimizə və Birinci vitse-prezidentə minnətdarlıqlarını ifadə edərək, bu cür tədbirlərin onlar üçün böyük mənəvi əhəmiyyət daşıdığını bildiriblər.
Sonda şəhid analarına və şəhidlərin həyat yoldaşlarına bayram münasibətilə hədiyyələr təqdim olunub.