“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Dövlət Proqramının 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına əsasən görülmüş işlər nəticəsində Babək rayonunda iki yerdə sadə tipli açıq hava idman qurğuları istifadəyə verilib.
Dekabrın 16-da Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov və Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Babək şəhərində və Nehrəm qəsəbəsində istifadəyə verilən açıq hava idman qurğularına baxış keçiriblər. Rəsmilər dövlətin əsasən vətəndaş sağlamlığına, gənclərin fiziki inkişafına yönələn bu infrastruktur layihəsinin sakinlər üçün faydalı olacağına inamını ifadə edib və alətlərdən səmərəli istifadənin vacibliyini diqqətə çatdırıblar.