Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşkilatçılığı ilə 06 iyun 2023-cü il tarixdə Babək Rayon İcra Hakimiyyətində “18 iyun Azərbaycan Respublikasında İnsan Hüquqları Günü”nə həsr olunmuş “Açıq qapı” aksiyası keçirilmişdir. Aksiyada Babək Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları Müvəkkilliyinin (Ombudsman), Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının, Naxçıvan Mediasiya Təşkilatının nümayəndələri iştirak etmişlər.
Keçirilə aksiyada rayonun şəhər, qəsəbə və kəndlərindən olan sakinlər fərdi qaydada qəbul edilərərək problemləri dinlənilmiş və müvafiq icraat işləri aparılmışdır.