
19 sentyabr 2025-ci il tarixində Babək Rayon Mədəniyyət Sarayında Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin birinci müavini Emin Məmmədxanlı dövlətimizin suverenliyinin qorunmasının vacibliyini xüsusi vurğulayıb. O, çıxışında milli dəyərlərə sadiqliyin, vətənpərvərliyin və gənc nəsilin dövlətçilik ənənələrinə verdiyi töhfənin əhəmiyyətini geniş şəkildə qeyd edib, hər bir vətəndaşın suverenliyimizin möhkəmlənməsindəki rolundan danışıb. Çıxışında həmçinin ümummilli lider Heydər Əliyevin dövlətçilik ənənələrinə və bu ənənələrin qorunması və inkişaf etdirilməsində Prezident İlham Əliyevin apardığı siyasətə toxunub.
Tədbirdə həmçinin Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri İsa Məmmədov çıxış edərək, dövlətimizin müstəqilliyi və suverenliyinin qorunmasının əhəmiyyətindən danışıb, vətəndaşların milli dəyərlərə sadiqliyini və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində rolunu vurğulayıb.
Sonda Heydər Əliyev və Azərbaycan Konstitusiyası mövzusunda slayd təqdimatı nümayiş etdirilib, iştirakçılara mövzunun aktuallığı əyani şəkildə çatdırılıb.
![]() |
![]() |
![]() |
![]() |
