8 May 2025, Cümə axşamı

Babək rayonunda “Erkən nikah ailə institutunun məhvidir” mövzüsunda tədbir keçirilib.

Babək Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 21 sentyabr 2023-cü il tarixdə Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbində “Erkən Nikah  ailə institutunun məhvidir” mövzüsunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan İcra Hakimiyyətinin əməkdaşı Şəfa Babayeva tədbirin mahiyyətindən bəhs etmişdir.

Sonra Naxçıvan Muxtar Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli “Erkən nikah ailə təməlinin faciəsidir” mövzusunda, Babək Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi Asim İsmayılov  “Erkən nikah və onun qanuni məsuliyyəti” mövzusunda söhbət açmışlar.

Sonda Slayd təqdimatı olmuşdur.