Babək rayonunda festival təşkil olunub.

Ümummili Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Uşaqlar bizim gələcəyimizdir” adlı festival təşkil olunub. Festival iyun ayının 7, 8, 9-u davam edəcək. Festivalda rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin, rayon Mədəniyyət İdarəsinin, Uşaq Musiqi Məktəblərinin kollektivlərinin iştirakı ilə steam məktəblilər, şüşə üzərində bədii iş-ebru sənəti, bədii tikmə, rəsm, dəmir üstə döymə, toxuculuq və sair əl işlərindən ibarət sərgi təşkil olunub.