Babək rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatı diqqətdə saxlanılır.

   Babək Rayon İcra Hakimiyyətində rayon rəhbərinin, İcra Hakimiyyəti başçısı müavinləri, Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, Babək Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi müdiri, inzibati ərazi dairələri üzrə nümayəndələrinin iştirakı ilə yığıncaq keçirilib.

   Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək, qeyd etdi ki, hər bir ərazi vahidi üzrə müəyyən edilmiş suvarma qrafikinə riayət olunmasının, mütəmadi olaraq monitorinqlərin keçirilməsinin, həmçinin əkin sahələrinin vaxtında və normal suvarılmasının, suvarma suyunun əkin sahələrinə ədalətli, ərazilərin ölçülərinə görə və növbəlilik prinsipləri əsasında verilməsinin ciddi nəzarətdə saxlandığını diqqətə çatdırdı. Əlavə olaraq o da qeyd olundu ki, su israfçılığına, habelə qrafikin pozulmasına yol verən şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görüləcək.

   Tədbir geniş diskussiya və müzakirə şəraitində davam etdirildi.