15 İyun – Milli Qurtuluş Günü münasibətilə Babək rayonunda bayram əhval-ruhiyyəli konsert proqramı təşkil olunub.
Dövlətçilik tariximizin dönüş nöqtəsi sayılan bu gün münasibətilə keçirilən tədbir, xalqın birliyi, sabitliyi və Heydər Əliyev ideallarına sadiqliyinin canlı təzahürü olub.Rayon mərkəzində keçirilən tədbirdə Babək Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə və müəssisə əməkdaşları, ziyalılar, gənclər və rayon ictimaiyyəti iştirak edib.Rəsmi çıxışlardan sonra başlayan bədii hissə böyük maraqla qarşılanıb.
Konsert proqramında rayonun mədəniyyət müəssisələrinin kollektivləri, yerli gənc istedadlar, öz ifaları ilə səhnəni bəzəyiblər. Gənclərin ifa etdiyi vətənpərvərlik ruhlu mahnılar və bədii nümunələr tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Gecənin ən yaddaqalan anlarından biri isə tanınmış müğənninin səhnəyə çıxışı olub. Onun ifasında səslənən vətənə, xalqa və qurtuluşa həsr olunmuş mahnılar tədbirə xüsusi rəng qatıb. Səhnədə səslənən hər bir söz və musiqi notu Azərbaycanın güclü gələcəyinə, xalq-dövlət birliyinə çağırış kimi səslənib.
Konsert proqramı bayram ovqatında keçib, tədbir iştirakçıları 15 İyun Qurtuluş Gününün mahiyyətini bir daha dərk edərək, Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini minnətdarlıqla anıblar.