28 sentyabr 2023-cü il tarixdə 44 günlük Vətən müharibəsində şəhadətə ucalan qəhrəman şəhidimiz leytenant Əliyev Ramil Qurban oğlunun anım günü ilə əlaqədar şəhidimiz məzarı başında yad edilib. Tədbirdə iştirak etmiş Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri İsa Məmmədov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon Şöbəsinin rəisi Hafiz Nəcəfov çıxış etmişlər, şəhidin ailəsinə başsağlığı vermişlər.
Həmçinin Güznüt kənd tam orta məktəbinin şagirdləri şəhidimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirmişdir.