27 sentyabr 2023-cü il tarixdə Babək Rayon İcra Hakimiyyəti, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri rayon mərkəzindəki Şəhidlərin Abidə Kompleksini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuşlar.
Həmçinin icra hakimiyyətinin başçısı qəsəbə ictimayəti ilə birlikdə Nehrəm qəsəbəsindən olan şəhidlərin məzarlarını ziyarət edib və şəhid ailələri ilə söhbət etmişdir.
Anım günü ilə əlaqədar olaraq rayon icra hakimiyyətinin əməkdaşlarının iştirakı ilə rayonun digər qəsəbə və kəndlərində olan şəhid məzarları ziyarət edilib və məzarların üstünə gül dəstələri qoyulmuşdur.