
Babək Rayon Mədəniyyət Sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.
Çıxış edən rayon rəhbəri Ovni Muradov bildirib ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmləndirilməsində müstəsna xidmətlər göstərmiş böyük şəxsiyyətdir. Onun uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycanın möhkəm təməli qoyulmuş, ölkənin inkişaf strategiyası müəyyən edilmişdir. Qeyd olunub ki, bu gün Azərbaycanın əldə etdiyi uğurlar məhz Ulu Öndərin müəyyən etdiyi yolun davamıdır.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi xətt uğurla davam etdirilir, Babək rayonu da ölkədə həyata keçirilən genişmiqyaslı inkişaf siyasətindən faydalanaraq sosial-iqtisadi sahədə mühüm nailiyyətlər əldə edir.
Tədbir zamanı Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. İştirakçılar dahi şəxsiyyətin dövlətçilik yolunu bir daha xatırlayaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Qeyd olunub ki, bu cür tədbirlər Heydər Əliyev irsinin yaşadılmasına, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə xidmət edir.
![]() |
![]() |
![]() |
![]() |