Babək rayonunda müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin anım günü ümumxalq sevgisi ilə qeyd edilib.
Səhər saatlarından başlayaraq rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, və ictimaiyyətin təmsilçiləri ulu öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Ümummilli liderin anma günü ilə əlaqədar ehsan süfrəsi arxasında keçirilən mərasimdə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun ruhuna müqəddəs "Qurani-Kərim"dən ayələr oxunulub.
Ehsan süfrəsinə şəhid ailələri, əmək və müharibə veteranları, rayonun ictimaiyyət nümayəndələri, qəsəbə ağsaqqalları, din xadimləri və digər şəxslər də dəvət olunmuşdur.
Mərasimdə çıxış edənlər dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışmış, ulu öndərin siyasi xəttinin dövlətimizin başçısı tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışlar.
![]() |
![]() |
![]() |