
Oktyabrın 14-də Babək Rayon Mədəniyyət Sarayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Müşavirədə çıxış edən Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli çıxışının ölkəmizin gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirdiyini bildirib. Dövlət müstəqilliyinin və milli maraqların qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin yaşadılması və vətənpərvər gəncliyin yetişdirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbirdə şəhid Şükür Hacıyevin anası Fatma Şükürlü, Babək Rayon Təhsil Şöbəsinin müdiri Sahil Əlizadə və “Babək Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Sultan Mirzəliyev çıxış ediblər. Çıxışlarda gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, səhiyyə xidmətlərinin inkişafı və milli dəyərlərin qorunması məsələlərinə toxunulub.
Müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli ölkəmizin inkişaf strategiyasından irəli gələn vəzifələrin ardıcıl və məsuliyyətlə həyata keçirilməsinin vacibliyini qeyd edib. Naxçıvanın sosial-iqtisadi inkişafı, iqtisadi potensialın artırılması, sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin yaradılması və infrastruktur layihələrinin icrası diqqətə çatdırılıb.
Həmçinin vətəndaş müraciətlərinə həssas yanaşılması, kəndlərdə yol, içməli və suvarma suyu, məşğulluq və sosial xidmətlərlə bağlı ehtiyacların yerində öyrənilməsi, problemlərin həlli üçün aidiyyəti qurumlarla birgə tədbirlərin görülməsinin əhəmiyyəti vurğulanıb.
Sonda bildirilib ki, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi dövlət qurumlarının, sahibkarların və ictimaiyyətin birgə fəaliyyətini, milli maraqlara sədaqəti və mövcud imkanlardan səmərəli istifadəni tələb edir.
![]() |
![]() |
![]() |
![]() |
![]() |