Babək rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Babək rayonunun mərkəzində yerləşən abidəsi önünə gül dəstələri qoyulub, Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Daha sonra tədbir Babək Rayon Mədəniyyət Sarayında davam etdirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri İsa Məmmədov və Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Emin Məmmədxanlı çıxış edərək YAP-ın qurulması, dövlətçilik tariximizdə rolu və ölkəmizin siyasi inkişaf xəttində partiyanın aparıcı mövqeyi barədə danışıblar. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da güclənərək uğurla davam etdirilir.
Ardınca çıxış edən partiya fəalları YAP-ın Babək rayonunun ictimai-siyasi həyatındakı rolunu, habelə həyata keçirilən sosial-iqtisadi layihələrdə üzvlərin fəal iştirakını xüsusi vurğulayıblar.
Tədbirin sonunda Babək rayonunun ictimai-siyasi fəaliyyətində fərqlənən, partiya tapşırıqlarının icrasında xüsusi fəallıq göstərən bir qrup partiya üzvünə YAP Babək Rayon Təşkilatının təşəkkürnamələri təqdim olunub.
Sonda Yeni Azərbaycan Partiyasına həsr olunmuş film nümayiş etdirilib. Filmin ardınca partiyanın himni səsləndirilib, daha sonra tədbir bədii hissə ilə davam etdirilib.
![]() |