
Əvvəlcə Babək rayonunda Şəhidlər Memorial-Abidə Kompleksi ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilərək abidə önünə gül dəstələri qoyulub.
Daha sonra Babək Rayon Mədəniyyət Sarayında 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov çıxış edərək qeyd edib ki, 8 Noyabr – Zəfər Günü xalqımızın qəhrəmanlıq salnaməsinin zirvəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad olunub, dövlətimizin gücü və xalqımızın birliyi bütün dünyaya nümayiş etdirilib. O, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
Ali Məclisin deputatı Ülkər Bayramova çıxışında 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətindən, Şuşanın azad edilməsinin Qələbəmizdəki mühüm rolundan və Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan bəhs edib.
Şəhid anası Nuriyyə Əkbərova isə çıxışında Zəfər Gününün şəhid ailələri üçün daşıdığı mənadan, Vətən uğrunda canından keçən övladların qəhrəmanlığından və xalqımızın qazandığı tarixi Qələbədən danışıb.
Tədbirin sonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
![]() |
![]() |
![]() |
![]() |