Şahmat yarışında qızlar arasında 1-ci yerin qalibi Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbin şagirdi Qənbərli Nigar 1-ci, Babək şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri Əsgər Fizzə 2-ci, Zeynallı Ayşən isə 3-cü yerin qalibi olmuşdur. Oğlanlar arasında isə 1-ci yerin qalibi Babək şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Mahmudlu Əli, 2-ci yerin qalibi Babək şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Əsgərli Nağı, 3-cü yerin qalibi isə Şəkərabad kənd tam orta məktəbinin şagirdi Hüseynzadə Həsən olmuşdur. Sonda qaliblər diplomlarla təltif olunmuşdur. Həmçinin şəhid ailə üzvlərinə xatirə olaraq plaket təqdim olunmuşdur.