12 May 2025, Bazar ertəsi

Babək şəhər 2 nömrəli tam orta məktəbində tədbir keçirilib.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində Babək Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin müəllimlərdən ibarət komandaları arasında Nə? Harada? Nə zaman?  intellektual oyun keçirilib.

Keçirilən yarışda mübarizə aparan 4 komandaya Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ilə əlaqədar suallar səsləndirilmişdir. Yarışın sonunda qalib komandalar diplomlarla təltif edilib.