Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində Babək Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Babək şəhəri 2 nömrəli tam orta məktəbində rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət komandaları arasında bilik yarışı keçirilib.
Keçirilən yarışda mübarizə aparan 4 komandaya Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ilə əlaqədar suallar səsləndirilmişdir. Yarışın sonunda sualları düzgün və tez cavablandıran qalib komandalar diplomlarla təltif edilib.