Babək şəhərində Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konsert proqramı təşkil olunub

        Babək şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş möhtəşəm konsert proqramı təşkil olunub.

     Tədbirdə rayon rəhbərliyi, sakinlər, gənclər, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər. İstedadlı müğənnilərin ifasında səslənən vətənpərvər musiqilər, Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş mahnılar tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

       Konsert proqramı boyunca səslənən hər bir ifa, təqdim olunan hər bir musiqi nümunəsi xalqını çətin sınaqlardan uğurla çıxaran Heydər Əliyev şəxsiyyətinə dərin ehtiramın ifadəsi olub.

        Gənc ifaçıların coşqusu və tanınmış sənətçilərin səmimi çıxışları Babək şəhərinin mədəni həyatında yaddaqalan bir gün kimi tarixə düşüb.

       Bu tədbir bir daha göstərdi ki, Heydər Əliyev yalnız tariximizin yox, həm də gələcəyimizin ilham mənbəyidir. Onun irsi sənətdə, sözdə, səslərdə yaşayır və yaşamaqdadır.