Babəkdə 2 İyul – Azərbaycan Polisi Günü qeyd edilib

2 İyul – Azərbaycan Polisi Günü münasibətilə Babək rayon rəhbərliyi və rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Azərbaycan polisinin 108 illik peşə bayramı münasibətilə xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşı Babək Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif olunub.

Təltif olunan polis əməkdaşlarına gələcək xidməti fəaliyyətlərində uğurlar arzulanıb, onların ictimai asayişin qorunması, qanunun aliliyinin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, eləcə də ictimai təhlükəsizliyin qorunması istiqamətində göstərdikləri səmərəli fəaliyyət yüksək qiymətləndirilib.