
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda XIII Qlobal Bakı Forumu keçirilir.
Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, Qlobal Bakı Forumu artıq mühüm beynəlxalq platformaya çevrilib. Qeyd olunub ki, müxtəlif ölkələrdən siyasətçilər, sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər forum çərçivəsində qlobal gündəlikdə duran aktual məsələləri müzakirə edirlər.
Dövlət başçısı vurğulayıb ki, müasir dövrdə dünyada baş verən siyasi və iqtisadi proseslər beynəlxalq əməkdaşlığın və dialoqun daha da gücləndirilməsini zəruri edir. Bu baxımdan Qlobal Bakı Forumu fikir mübadiləsi aparılması və müxtəlif məsələlər üzrə ortaq yanaşmaların formalaşdırılması üçün mühüm platforma rolunu oynayır.
Forum çərçivəsində qlobal təhlükəsizlik, beynəlxalq münasibətlər, iqtisadi əməkdaşlıq və digər aktual məsələlər üzrə müzakirələrin aparılması nəzərdə tutulur. XIII Qlobal Bakı Forumunda dünyanın müxtəlif ölkələrindən çoxsaylı nüfuzlu qonaqlar iştirak edirlər.
![]() |
![]() |
![]() |