Bu gün saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, Babək rayonunda da təyyarə qəzasında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Dekabrın 25-də Bakı-Qroznı aviareysini həyata keçirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer” sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və çoxsaylı insan itkisindən sonra Prezident İlham Əliyev ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.