
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Ceyhun Cəlilov qonaqları salamlayaraq onları muxtar respublikada görməkdən məmnunluğunu ifadə edib. O, Azərbaycan və Türkiyə arasında “bir millət, iki dövlət” prinsipi ilə əsrlərə dayanan dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə inkişaf etdiyini vurğulayıb.
Ceyhun Cəlilov 44 günlük Vətən müharibəsi zamanı və sonrakı dövrdə Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstəyin Azərbaycan üçün böyük önəm daşıdığını qeyd edib. O, **Naxçıvan Beynəlxalq Hava Limanı**nın dron hücumuna məruz qalması nəticəsində uçuşların müvəqqəti dayandırıldığını xatırladaraq, İğdır şəhərinə Bakıdan təşkil olunan aviareyslərin qardaşlıq və müttəfiqlik münasibətlərinin əyani ifadəsi olduğunu bildirib.
Səlahiyyətli nümayəndə həmçinin Sədərək‑Dilucu gömrük‑keçid məntəqəsi vasitəsilə həyata keçirilən gediş-gəlişdə mühüm rol oynayan **Ümid körpüsü**nün istifadəyə verilməsini xatırladıb.
Görüşdə iki ölkə arasında strateji əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib.
![]() |
![]() |
![]() |
![]() |