
Babək Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Nihal Məmmədov Didivar kəndində sakinlərlə səyyar qəbul keçirib.
Görüşdə Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, eləcə də yerli idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Səyyar qəbul zamanı sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb. Müraciətlərin yerində araşdırılması və həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Qəbul çərçivəsində kəndin sosial-iqtisadi vəziyyəti, mövcud infrastruktur və sakinləri maraqlandıran məsələlər müzakirə olunub, səsləndirilən təkliflər qeydə alınıb. Nihal Məmmədov qaldırılan məsələlərin aidiyyəti üzrə araşdırılmasının və onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri vətəndaşların rifahının yüksəldilməsi və müraciətlərinə həssas yanaşılmasıdır. Bu baxımdan səyyar qəbullar sakinləri narahat edən məsələlərin yerində öyrənilməsi, vətəndaşlarla birbaşa ünsiyyətin qurulması və müraciətlərin operativ şəkildə aidiyyəti üzrə yönləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Didivar kəndinin sakinləri göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edib, onları maraqlandıran məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər.
![]() |
![]() |