Qəbulda çıxış edən rayon rəhbəri vətəndaşlarla görüş ölkə Prezidenti cənab İlham Əliyevin əhali ilə daima təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirildiyini qeyd etmişdir.
İcra Hakimiyyətinin başçısı sakinləri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında ölkəmizdə, eləcə də Babək rayonunda dövlətimiz tərəfindən həyata keçirilən islahatlar, aparılacaq geniş layihələr, “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” haqqında ətraflı məlumat verib.
Qəbul zamanı sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən bir sıra digər məsələ isə aidiyyəti təşkilat rəhbərlərinə tapşırılaraq icrası nəzarətə götürülüb.
Qəbuldan razı qalan sakinlər onlara yaradılan belə şəraitə görə Ölkə Rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.