Əlahiddə Ümumqoşun Ordunun, Babək rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, kursant yoldaşları, eləcə də digər qonaqların iştirak etdiyi mərasimdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər şəhidimizin şərəfli həyat və döyüş yoluna nəzər salıb, orta məktəbdə və xüsusi təyinatlı təhsil müəssisələrində təhsil aldığı müddətdə hərb peşəsinə olan marağından, nizam-intizamından və məsuliyyətindən danışıblar.
Mərasimdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun ərazi bütövlüyümüzün bərpa olunmasında apardığı döyüş əməliyyatlarından, qazanılan tarixi qələbələrdən, bu şanlı qələbələrin qazanılmasında igid oğullarımızın göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
Sonra şəhidin həyat və faaliyyətinin müxtəlif anlarını əks etdirən fotolar və videosujet nümayiş etdirilib.
Şahid Z.Məmmədovun ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şahidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Anım mərasimində şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.
Mərasimdən sonra şəhidin ailə üzvləri onun təhsil aldığı Heydər Əliyev adına Hərbi Liseydə olub, liseyin muzeyindəki eksponotlara baxış keçirib, orada təhsil alan kursantlara tövsiyələr veriblər.
![]() |
![]() |
![]() |