Milli Qurtuluş Günü – Xilaskar Liderə ehtiramla

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Babək rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi böyük ehtiramla yad olunub.
Rayon mərkəzində yerləşən Ulu Öndərin abidəsi önünə Babək Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə və müəssisə nümayəndələri, ictimaiyyət üzvləri və gənclər tərəfindən gül dəstələri düzülüb.
Bu anım mərasimi xalqımızın taleyində dönüş nöqtəsi olan 1993-cü ilin 15 iyununa – Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışına bir minnətdarlıq ifadəsidir. Məhz həmin gün Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsindən xilas oldu, sabitliyin, inkişafın əsası qoyuldu. Babək rayon sakinləri də Ulu Öndərin xilaskarlıq missiyasını hər zaman qürurla xatırlayır, bu dəyəri gənc nəsillərə aşılayırlar.