Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Babək Rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şahmat müəllimləri arasında şahmat yarışı keçirilib.
Tədbirdə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Babək Rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin əməkdaşları çıxış edərək yarış iştirakçılarına uğurlar arzulamışlar.
Tədbirin sonunda qalib olmuş müəllimlər diplomlarla təltif olunub.