Naxçıvanda müharibə və Çernobil iştirakçıları da daxil olmaqla, əlilliyi olan 12 şəxsə avtomobil, 2 şəxsə isə səyyar kofe evi təqdim edildi.

   Bu tədbirlər “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.

   Dövlətimiz onların Vətən qarşısındakı fədakarlıqlarını yüksək qiymətləndirir və sosial şəraitlərinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır.