12 İyun 2025, Cümə axşamı

Noyabrın 15-də Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov rayonun Şıxmahmud kəndində səyyar qəbul keçirib.

    Səyyar qəbulda idarə, müəssisə rəhbərləri, Şıxmahmud kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak edib.

   Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrə, bu günlərdə təşkil olunan “COP 29 – un Azərbaycan üçün siyasi, iqtisadi və ekoloji əhəmiyyətindən bəhs etdi. Qeyd olundu ki, beynəlxalq konfransın keçirilməsi turizm sektorunu canlandıracaq, yerli müəssisələrə və xidmət sektoruna əlavə gəlir gətirəcəkdir. Həmçinin, bu tədbir yeni investisiyaların və texnologiyaların cəlb olunmasına şərait yaradacaq və yaşıl iqtisadiyyatın inkişafına güclü təkan verəcəkdir.

   Sonra kənd sakinlərinin müraciətləri dinlənilib.

   Qəbul zamanı icra hakimiyyətinin başçısı qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

  Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.