Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradovun növbəti səyyar görüşü Gərməçataq kəndində keçirilib. Görüşdə rayon rəhbərliyi, icra başçısı aparatının məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri iştirak ediblər.
Sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli məqsədilə aidiyyəti üzrə məsul şəxslərə tapşırıqlar verilib. Qəbul zamanı həmçinin bir sıra infrastruktur və sosial məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rayon rəhbəri ölkədə aparılan məqsədyönlü islahatların, sosial-iqtisadi inkişafın və regionlarda vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlərin dövlət siyasətinin əsas hədəflərindən olduğunu qeyd edib. Bildirilib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmiz hərtərəfli inkişaf yolundadır.
Görüş zamanı çıxış edən kənd sakinləri dövlətimizin həyata keçirdiyi quruculuq və rifah yönümlü siyasətin nəticələrini öz gündəlik həyatlarında hiss etdiklərini vurğulayaraq, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.