Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişdir.
Rayon İcra Hakimiyyəti başcısı Ovni Muradov qəbulda iştirak edən kənd sakinlərinin ünvanlı dövlət sosial yardımın təyin edilməsi, işlə təminat, suvarma arxlarının təmizlənməsi və digər məsələlərlə bağlı müraciətlərini dinləmişdir.
Müraciətlərlə bağlı qəbulda iştirak edən Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçilərinə, həmçinin aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Rayon rəhbəri Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində gördükləri çoxşaxəli işlərdən danışmışdır.
Qəbulda iştirak edən sakinlər çıxış edərək memarı Ulu Öndər Heydər Əliyev olan müstəqil dövlətimizin Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində güclü və inkişaf etmiş ölkəyə çevrildiyindən qürur duyduqlarını bildirdilər. Respublikada, o cümlədən rayonda həyata keçirilən abadlıq quruculuq işlərindən, insanların sosial məişət vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən razılıqlarını bildirərək, bütün bunlara görə Ölkə Rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.