14 May 2025, Çərşənbə

Rayon məktəbliləri arasında mini futbol üzrə birincilik keçirilib.

 

Babək Rayon İcra Hakimiyyətinin və Babək Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şəkərabad kəndindən olan şəhid Baş leytenant Telmanlı Allahyar Elman oğlu, Payız kəndindən əsgər Hümbətov İmaməddin Muxtar oğlu və Qahab kəndindən Baş leytenant İsmayılov Abbasəli İmamqulu oğlunun doğum günləri münasibətilə əziz xatirələrinə həsr olunan Çeşməbasar kəndində məktəblilər arasında mini futbol üzrə rayon birinciliyi keçirilib. Şəhid valideynlərinin də iştirak etdiyi birincilikdə 10 ümumtəhsil məktəbi mübarizə aparıb.

 

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Babək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Hacı Hacıyev  və Babək Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyev çıxış edərək bu kimi tədbirlər nəticəsində daim şəhidlərimizi yad etməyin önəmini vurğulamış və iştirakçılara uğurlar arzu etmişdir.

Tədbirin sonunda şəhid valideynlərinə xatirə plaketləri təqdim edilmiş, qaliblər isə diplom və fəxri-fərmanlarla təltif olunmuşlar.