10 May 2025, Şənbə

“Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib.

Babək Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə  Şəkərabad kəndində tədbir keçirilib.

 

Tədbiri rayon icra hakimiyyəti başçısının müavini Səbinə Abbasova giriş sözü ilə açaraq tədbirin mahiyyəti haqqında geniş məlumat vermişdir. Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova “Ailələrdə qadınların ailə dəyərlərinin və sağlam həyat tərzinin aşılanmasında əsas rolu” mövzusunda və Naxçıvan Dövlət Universitetinin Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva “Sağlamlıq imkanları məhdud olan uşaqların doğulma səbəbləri” mövzusunda çıxışlar etmişlər.

 

Sonda sağlamlıq imkanları məhdud olan uşaqların doğulma səbəbləri ilə bağlı slayd təqdim olunmuş və iştirakçılara müxtəlif mövzularda hazırlanmış broşürlər paylanmışdır.